Xəbər lenti

“Galaxy S8” smartfonu süni intellektlə təchiz ediləcək
Ekonomiks05:03 08.11.2016

“Galaxy S8” smartfonu süni intellektlə təchiz ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Samsung” şirkətinin gələn il istehsal ediləcək əsas qabaqcıl qurğusu olan “Galaxy S8” smartfonu süni intellektlə təchiz olunacaq.
Bu barədə şirkətin nümayəndələri Seulda keçirilən mətbuat konfransında məlumat veriblər.
“Samsung Galaxy S8” qurğusunda tətbiqi nəzərdə tutulan “Viv” virtual köməkçisi “Siri”nin yaradıcıları Daq Kittlaus və Adam Çeyer tərəfindən hazırlanıb.
“Samsung”un nümayəndəsinin sözlərinə görə, sistem kənar tərtibatçılar üçün açıq olacaq və onlar öz tətbiq və xidmətlərinin plaqinlərini sistemin funksionallığına əlavə etmək imkanı əldə edəcəklər.
Xatırladaq ki, cari ilin yazında təqdim edilmiş “Viv” virtual köməkçisi “Amazon Alexa” köməkçisi və ya “Facebook Messenger” çat botlarına daha yaxındır, çünki məhsulların alışı və ya rezervasiya üçün kənar sistemlərə qoşula bilir.(azərtac)
Qaynarinfo.Az