Xəbər lenti

Gecə klubunda qızı döyən boksçumuzun dəbdəbəli həyatı (FOTOLAR)
Ölkə07:56 17.07.2017

Gecə klubunda qızı döyən boksçumuzun dəbdəbəli həyatı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gecə klubunda qızı döyən boks üzrə dünya çempionu Elvin Məmişzadə sosial şəbəkədə dəbdəbəli həyatından fotolar paylaşıb.

"Qaynarinfo" baku.ws-ə istinadən xəbər verir ki, boksçu dostaları ilə birgə eyləndiyi şəkilləri İnstaqram səhifəsində paylaşır.

Qeyd edək ki, hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində, şəhərin "26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb.

Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.

Qeyd edək ki, Məmişzadə, eyni zamanda, I Avropa Oyunlarının qızıl medalçısıdır.

Qaynarinfo.Az