Xəbər lenti

Gecə qəzada ölən şəxslərin adı açıqlandı
Ölkə06:40 07.12.2013

Gecə qəzada ölən şəxslərin adı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gecə Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin adları məlum olub

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü - 1987-ci il təvəllüdlü Bəhruz Hidayət oğlu Abbasov, 1996-cı il təvəllüdlü İsmət Zeynur oğlu Xəlilov, 1990-cı il təvəllüdlü Yaqub Yunis oğlu Tağıyev, 1977-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Hacıyev dünyasını dəyişib.
 
Qeyd edək ki, hadisə ötən gecə  20 Yanvar dairəsində qeydə alınıb.

APA-nın məlumatına görə, 01 BL 554 dövlət nömrə nişanlı “Daewoo Nexia” tuneldən çıxaraq qarşısındakı “Shagman” markalı yük avtomobilinə çırpılıb.
 
Nəticədə sürücü və 3 nəfər sərnişin ölüb. Hadisə yerinə gəlmiş FHN-in xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.


Qaynar.info