Xəbər lenti

Gecəyarı bəy gəlini tərk edib rus qızlarının yanına getdi - Azərbaycanda
Ölkə07:48 21.06.2014

Gecəyarı bəy gəlini tərk edib rus qızlarının yanına getdi - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Abşeron rayonunda toydan sonra maraqlı hadisə yaşanıb. 

Qaynar.info-ya daxil olan məlumata görə toy qurtarandan sonra qohumlar bəylə gəlin evə gətiriblər. Bundan sonra isə bəylə gəlinin arasında münaqişə baş verib. Belə ki, bəy gəlinə onu sevmədiyini deyərək evi tərk edib. 

O həmçinin bildirib ki, nişanlı olduqları vaxt da gəlinə onu sevmədiyini, yalnız valideynlərinin təkidi ilə bu evliliyə razılıq verdiyini, onunla heç vaxt yaşaya bilməyəcəyini deyib.

Hadisə şahidləri bildiriblər ki, bəy Rusiyada yaşayır və orada rus qızı ilə ailə qurub. Valideynləri onu məcbur edərək Azərbaycana gətiriblər və yaxın qohumlarından birinin qızı ilə nişanlayıblar. Gecə saatlarında gəlini tərk edən bəyin Rusiyaya getdiyi bildirilir. 

Qaynar.info