Xəbər lenti

Gedin, onu çağırın!
Ölkə11:20 19.03.2013

Gedin, onu çağırın!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mövlud Mövlud

Qədim zamanlarda,“Azadlıq” qəzetinə saz haqqında cuppulu bir yazı göndərmişdim. Siyasiehtirasların şahə qalxdığı  “döyüş vərəqəsi”ndə sazı xatırlamaq məndənbaşqa kimin ağlına gələrdi? Yazıma sonuncu səhifələrin birində yerverdilər. Daha doğrusu, yazımı sonuncu səhifələrin birinə sürgünetdilər. Onları qınamırdım da. Hər düşərgənin bir marağı var. Saz bizimkimi adamlardan başqa kimə lazımdır bu dünyada?
“Əşi, hansısəhifədə olur-olsun, əsas odur çap olunsun”,- deyə düşünüb özümətəskinlik verirdim. Təskinliyi də mənə çox gördü bu dünya... Əlimdəqəzet “Azərbaycan” nəşriyyatının yeməkxanasında stollara yaxınlaşıbsevinə-sevinə yazımı adamlara göstərirdim:

- Baxın, “Azadlıq”da yazım çıxıb! Saz haqqında!

Eləbu vədə “Azadlıq”ın əməkdaşları mənə acı xəbəri söylədilər. Dedilər ki,bu gün məşhur köşə yazarlarından biri redaksiyaya zəng edib və “oyerlibazın yazısını yayımlayanda bir fikir verin, biz demokratiyamücadiləsi aparırıq, liberalizmi, dünyəviliyi təbliğ edirik, siz də ona-mənfur “Qazaxşina”ya qucaq açırsınız”,deyib. Sındı qol-qanadım yanımadüşdü...

Həmin vaxtdan “Azadlıq”ın qapısını birdə döymədim. Söz yox, orda çalışan arxadaşlar dostluq xatirinəyazılarımı çap edərdilər. Ancaq bu “çap” o çapdan olmayacaqdı. Buxala-xətrin bir şey olacaqdı. Ol səbəbdən Ağamalı Sadiq Əfəndinin özəlləri ilə qurduğu “Azadlıq” qəzetini bir də narahat etməmək qərarınagəldim.

O vaxtlar “525-ci qəzet”də müxbirişləyən bir qızı sevirdim. Ona görə də elə “525”-ə getdim və bütün ömrümboyu unutmayacağım gözəl, duyğulu, səmimi bir mühitə düşdüm. Yerigəldisə deyək: Mən Abdullayev Mövlud İsmayıl oğlu bundan sonra Allahimkan versə çox qəzetlərdə yazacam, çox saytlarla əməkdaşlıq edəcəm.Amma “525”-DƏN BİR DƏ OLMAYACAQ! Bir də elə mühit, elə redaksiyatapılmayacaq! Şair demiş, “Nə xoşbəxt imişəm bir zaman Allah...”

Nəsə,“indi daha kövrəlməyin yeri yox”, sözün birini qoyub o birinə getməyək.Demək istədiyim odur ki,  məni- 19 yaşlı gənc bir oğlanı yazı yazdığıqəzetdən incik salan yazar illərdir AYB sədri Anarı despotluqda,gənclərin qabağını kəsməkdə qınayır. Axı, nəydi onu buna vadar edən?Neyləmişdim ona mən? O məndən çox oxunurdu,- elə indi də məndən çoxoxunur- Siyasi liderlər müsahibələrdə onun adını çəkirdi, qızlar onusevirdi... Mən isə kimsəsi olmayan, əsəbləri relsdən çıxmış, yeganəxoşbəxtliyi yazmaq, çap olunmaq olan biriydim. Dədəm yaşında kişininmənimlə prinsip aparma səbəbini anlamaqda özüm-özümə kömək etdim:

-Həbsxanada çürüyən, heç bir köməyi olmayan “OMON”çu yerlilərimi azadedirlərmi ki, yazımın da qədrini bilsinlər! Hər şey aydın olmuşdu...

Deyəsənget-gedə sentimentalizmə yuvarlanıram. Yaxşısı budur yazımızı iki böyüksənətkar arasındakı münasibətlər barədə balaca bir əhvalatla bitirək:

Dahirejissorumuz Adil İskəndərovun kinematoqrafiyamızda Allahlıq etdiyizamanlar.  Böyük sənətkar “Axırıncı Aşırım” filmində Kərbəlayi İsmayılrolunu canlandırıb. Jestlər, mimikalar yerindədir. Ancaq Adil müəllimin“qadam” sözünü demək üçün yaranmış səsi sərt xarakterli Kərbəlayiİsmayılı təqdim edə bilmir. Səsyazma odasında aktyor növbəsi yaranıb.Səsinə güvənənlər Adil İskəndərovun yaratdığı obraza səs qatmaq üçünnövbəyə yazılıblar. Bir aktyor, iki aktyor... Üç, dörd, beş... alınmırki alınmır. Heç kimin səsi yatmır rola.  Əslində hamının beynində birivar: Yusif Vəliyev!

Hamı bilir ki, Ancaq onunqüdrətli səsi ifadə edə bilər Kərbəlayi İsmayılı. Amma Adil müəllimləYusif Vəliyev düşməndir axı. Vay səni! Bizim aktyorlar da ki, “sənətkarbaba”lar. Durub o boyda kişiyə deməyəcəklər ki, gəl sənin düşməniniçağıraq. “Əşi qoy oturmuşuq, sən Allah. Nəyimizə lazımdır”.

Bütüncəhdlər boşa çıxır. Bütün ümidlər ölmək üzrədir. Adil İskəndərov ayağaqalxır,  səsyazma odasından çıxır, arxasına baxmadan öz otağınagedə-gedə deyir:

- Gedin, onu çağırın!

Yerdəqalanlar məlumdur artıq;  “Axırıncı Aşırım” filmində, Kərbəlayi İsmayılrolunda, Adil İskəndərovu Yusif Vəliyev səsləndirir və ortayaAzərbaycan kinematoqrafiyasının ŞAH əsəri çıxır!
Görəsən o köşə yazarı bu əhvalatı eşidibmi?