Xəbər lenti

Gələn il Azərbaycanın dövlət büdcəsi 30 milyard manata yaxın olacaq
Ekonomiks05:22 27.10.2021

Gələn il Azərbaycanın dövlət büdcəsi 30 milyard manata yaxın olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir.
Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.
Son nəticədə dövlət büdcəsində 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.
Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.//report.az