Dünya 17:40 24.12.2022

Gələn il bu ölkədə 700 mindən çox insan aclıq təhlükəsi ilə üzləşəcək

2013-cü ildə Somalidə 700 mindən çox insan aclıq təhlükəsi ilə üzləşə bilər.

Qaynarinfo xəbər verir ki, bununla bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edib.

Somali ardıcıl olaraq beş ildir quraqlıqla üzləşib və ölkədə münaqişə şiddətlənib. Bunun nəticəsində ölkədə ərzaq qiymətləri kəskin artıb. 

Proqnozlara görə, gələn ilin ilk üç ayı ərzində Somalidə iki milyona yaxın insan fövqəladə vəziyyətin təsirinə məruz qalacaq. İlin ortalarına qədər bu rəqəm 2,7 milyona çatacaq. 2023-cü ildə ümumilikdə 727 min insan aclıq təhlükəsi ilə üzləşəcək.

Aydın