Söküntülərin aparılması və torpaq sahələrinin azlığı, bu il ərzində paytaxtın mənzil bazarında qiymətlərə xeyli təsir edib. Xezerxeber.az-ın məlumatına görə, həm yeni, həm də təkrar mənzil bazarında qiymətlər sürətlə artıb. Ekspertlər bildirir ki, hətta ilin əvvəlində 10-15 faizə qədər artım müşahidə edilib.
Əmlak Məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, 2022-ci ilin oktyabr ayından, yəni Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana insan axını, o cüməldən də kapital axını baş verdi. Bundan sonra mənzil bazarında canlanma yarandı. Bu da qiymətlərə təsir edən amillərdən biridir.
Bəs növbəti ildə Azərbaycanda əmlak bazarında hansı yeniliklər olacaq?