Xəbər lenti

Gəlir vergisi artıq belə bəyan ediləcək
Ekonomiks 09:39 10.04.2026

Gəlir vergisi artıq belə bəyan ediləcək

Fiziki şəxslərin gəlir vergisi Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən bəyan ediləcək.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bununla bağlı aidiyyəti dövlət qurumlarına müavfiq tapşırıqlar verilib.

Belə ki, İqtisadiyyat Nazirliyi oktyabr 1-dək xidmətin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etməlidir.

Həmçinin, İqtisadiyyat Nazirliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə oktyabrın 10-dək xidmətin mövcüd iş axının təqdim edilməsi, noyabrın 10-dək xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması, dekabrın 20-dək xidmətin mygov biznes platformasında istifadəyə verilməsi (istismar mühitində) tapşırılıb.
--> -->