Xəbər lenti

Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılır
Ekonomiks08:25 13.05.2022

Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılır.
Qaynarinfo-nun xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə əldə etdikləri dividentlər və faiz gəlirləri 2023-cü il fevralın 1-dən etibarən 5 müddətinə gəlir vergisindən azad ediləcək.
Eyni zamanda, layihəyə görə hüquqi şəxslərin faiz gəlirlərinə görə vahid vergitutma mexanizmi tətbiq ediləcək.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.