Xəbər lenti

Gənc qız 8-ci mərtəbədən düşərək öldü
Ölkə12:12 26.08.2013

Gənc qız 8-ci mərtəbədən düşərək öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 17 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.

APA-nın verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən yıxılaraq yaxınlıqdakı üçmərtəbəli binanın damına düşüb.
 
FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
 
1996-cı il təvəllüdlü Sevinc Sadiq qızı Musayevanın cəsədi xilasedicilər tərəfindən damdan endirilərək aidiyyəti üzrə təhvil verilib.

Qaynar.info