
"Kitabevim.az” kitab mağazasında gənc detektiv yazar Elçin Əfəndinin "Silinməyən İzlər” kitabının təqdimatı olub.
Valideynlərin iki gəncin sevgisinə mane olması göstərilməklə yanaşı, əsərin gedişatında vergilər nazirinin müavini vəzifəsində çalışan İkram Ələsgərovun cinayət əməlləri xüsusi xidmət əməkdaşları tərəfindən ifşa olunur və cinayətkar məmur məsuliyyətə cəlb olunur.
"Silinməyən izlər” romamının redaktoru Müşfq XAN, dizayneri Teymur Fərzidir.
Təqdimatda müəllifi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq, Hədəf Nəşrlərinin direktoru Müşfiq Xan, yazıçılar Aydın Xan və Rüfət Əhmədzadə, filologiya elmləri üzrə fəlsəfə doktoru Arif Əsədov çıxış ediblər.
Bundan əvvəl müəllifin "Antiterror” kriminal-detektiv romanı işıq üzü görmüşdü.
Elçin Əfəndi, 1987-ci ildə anadan olub, Bakı Dövlət Universitetini bitirib.
Qaynar.info