Xəbər lenti

Gənc yazar Rüfət Əhmədzadə ilə Sumqayıtda görüş keçiriləcək
Ölkə10:15 14.03.2014

Gənc yazar Rüfət Əhmədzadə ilə Sumqayıtda görüş keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Gənc yazarların Sumqayıtda imza günləri”  layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc yazarların Sumqayıtda imza günləri”  layihəsinin icrasına başlanılıb. 

Layihənin rəhbəri Türkan Rəhimova bildirib ki, layihəni həyata keçirməkdə məqsəd Sumqayıt şəhərində gənclərin bədii ədəbiyyata olan marağını artırmaq, onları kitab oxumağa həvəsləndirmək, gənc yazarların gənclərlə görüşlərini keçirməklə onların tanıtımına nail olmaqdır. 

Layihə çərçivəsində ilk görüş 19 mart tarixində İnsan Hüquqlarının Tədrisi üzrə Resurs və Təlim Mərkəzində  gənc yazar-tərcüməçi, Hədəf Nəşrlərinin redaktoru Rüfət Əhmədzadə ilə keçiriləcək. 

Qaynar.info