Xəbər lenti

Gəncə bazarında qan düşdü
Ölkə13:37 22.04.2013

Gəncə bazarında qan düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Gəncə şəhərində qəsdən adam öldürməyə cəhd göstərilib. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncənin “Kolxoz” bazarı kimi tanınan mərkəzi bazarında 1990-cı il təvəllüdlü Rəşad Sarif oğlu Süleymanov 1975-ci il təvəllüdlü Eyvaz Daşdəmir oğlu Hüseynova çoxsaylı bıçaq zərbələri endirib. Bədəninin 8 yerindən daxilə keçən bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilən E.Hüseynovun vəziyyəti kritikdir.

İlkin məlumata görə, hər iki şəxs bazarda işləyirmiş.

Fakta görə Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.

Qaynar.info