Xəbər lenti

Gəncə sakini dərmandan zəhərlənib
Ölkə18:56 11.06.2016

Gəncə sakini dərmandan zəhərlənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə 33 yaşlı qadın dərmandan zəhərlənib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1983-cü il təvəllüdlü Kəmalə Əliyeva dərman zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Qadının hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.
Qaynarinfo.az