Xəbər lenti

Gəncə xəstəxanasında rüşvət qalmaqalı - İDDİA
Ölkə07:27 16.09.2014

Gəncə xəstəxanasında rüşvət qalmaqalı - İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günlərdə redaksiyamıza Gəncə şəhər 2 saylı xəstəxanasından maraqlı və kifayət qədər iddialı məktub daxil olub.

Xeber1.az-ın məlumatına görə məktubu yazan şəxs rüşvətin qurbanıdır. Belə ki, Bakıdan Gəncəyə istirahət məqsədi ilə gedən və adı qeyd olunmayan şəxs müalicə məqsədi ilə Gəncə şəhər 2 saylı xəstəxanaya müraciət edib. 

Müalicə bitdikdən sonra bütün dərman məmulatlarının özünün almasına və dövlət xəstəxanalarının ödənişsiz olmasına baxmayaraq xəstəxananın baş həkimi Vaqif həkim vətəndaşdan 200 manat “hörmət” tələb edib. Çıxılmaz vəziyyətdə qalan xəstə həkimə 200 AZN məbləğində “hörmət” etmək məcburiyyətində qalıb.

Sonrakı yazımızda məsələ ilə bağlı foto, video daha detallı şəkildə təqdim olunacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info