Xəbər lenti

Gəncədə 8 800 nəfərin iştirakı ilə Nizami Gəncəvinin portreti yaradıldı (VİDEO)
Ölkə18:12 18.11.2021

Gəncədə 8 800 nəfərin iştirakı ilə Nizami Gəncəvinin portreti yaradıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nizami ili” münasibətilə noyabrın 15-də başlayan Nizami Gəncəvi Beynəlxalq Festivalı  çərçivəsində daha bir maraqlı layihə gerçəkləşib.
Qaynarinfo xəbər verir ki, Gəncə şəhərinin Heydər Əliyev meydanında fləşmob təşkil olunub. Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər Təhsil İdarəsinin dəstəyi, Gəncə Şəhər İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə hazırlanan fləşmobdan əvvəl ərazi bütövlüyümüzü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
8 800 nəfərin iştirakı ilə baş tutan layihədə Gəncə Maarif İctimai Birliyinin könüllüləri, şəhərin ali təhsil müəssisələrinin tələbələri, orta məktəb şagirdləri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin portretini və 880 rəqəmini canlı olaraq yaradıblar.
Qeyd edək ki, fləşmobun xoreoqrafı Mobil Qarayevdir.

.

<iframe frameborder="0" height="420" scrolling="no" src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fmobil.qarayev%2Fposts%2F4591981050840922&show_text=true&width=500" width="730" style="box-sizing: border-box; margin: 0px; padding: 0px; border-width: initial; border-style: none; font: inherit; vertical-align: baseline; max-width: 100%; overflow: hidden;">