Xəbər lenti

Gəncədə azyaşlı uşaq mebel yağı içdi
Ölkə16:47 19.11.2013

Gəncədə azyaşlı uşaq mebel yağı içdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə 5 yaşlı uşaq mebel yağını meyvə şirəsi ilə səhv salaraq içib. Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini 2008-ci il təvəllüdlü Quliyeva Ulduz Ruslan qızı ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilədən sonra uşağın səhhəti normallaşıb. Araşdırma zamanı uşağın anası bildirib ki, 5 yaşlı Ulduz evdə nəzarətsiz qalan zaman şüşə qabda olan mebel yağını meyvə şirəsi bilərək içib və zəhərlənib.  


Qaynar.nfo