Xəbər lenti

Gəncədə çay evini partlatdılar: ölənlər var
Ölkə06:09 05.05.2016

Gəncədə çay evini partlatdılar: ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib. 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivində qeydə alınıb. 
Çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qumbaranı partladıb. 
Hadisə zamanı iki nəfər  ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qaynarinfo.az