Xəbər lenti

Gəncədə güclü yanğın baş verib
Ölkə19:32 13.11.2013

Gəncədə güclü yanğın baş verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün saat 21:00 radələrində Gəncənin avtomobil zavodu yaxınlığındakı yaşayış massivində yerləşən mənzillərdən birində güclü yanğın hadisəsi baş verib.

Nəticədə şəhər sakini İbrahimov Vüqar Şahbaz oğluna məxsus iki mərtəbəli evin ikinci mərtəbəsi tamami ilə yanıb.

Hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 8 yanğınsöndürən maşını və 10-dan artıq canlı qüvvəsi cəlb olunub. Müdaxilədən sonra alovun qarşısını almaq mümkün olub.

Ev yeni tikili olduğundan yaşayış yox imiş.

Faktla bağlı araşdırma aparılır.


Qaynar.info