Gəncə şəhər Nizami rayon Məhkəmə binasında baş verən yanğın söndürülüb.
"Report"un Qərb bürosunun məlumatına görə, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
***
Gəncə şəhərinin Nizami rayonunda inzibati binada yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bu barədə Qaynarinfo FHN-ə istinadən xəbər verir.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Gəncə şəhərinin Nizami rayonunda inzibati binada yanğın baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.