Ölkə 21:07 20.05.2023

Gəncədə kafeyə partlayıcı maddə atan şəxslərin axtarışları aparılır (YENİLƏNİB)

Gəncədə kafeyə partlayıcı maddə atan şəxslərin axtarışları aparılır.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı kapitanı Eşqin Qasımov bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Müvafiq araşdırmalar aparılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı əlavə məlumat veriləcək.

20:51

Gəncə şəhərində yerləşən kafelərin birində partlayış olub.

"Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

İlkin məlumata görə, orada mübahisə yaşanıb və şəxslərdən biri kafeyə partlayıcı maddə atıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.