Xəbər lenti

Gəncədən Moskvaya uçan təyyarə məcburi eniş etdi
Ölkə06:39 04.07.2013

Gəncədən Moskvaya uçan təyyarə məcburi eniş etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə-Moskva reysi ilə uçan Azərbaycan vətəndaşı Nemət Nəsir oğlu Nəsibovun səhhəti təyyarədə qəfil pisləşib, bu səbəbdən təyyarə Mahaçqala aeroportunda məcburi eniş edib.

Hava limanına təcili yardım çağırılıb, xəstəyə ilkin yardım göstərilib və o Kaspiysk şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin köməyi sayəsində xəstənin durumu normallaşıb. O Mahaçqala aeroportuna gələrək ona yardım göstərmiş şəxslərə təşəkkür edib və təyyarə ilə Moskvaya uçub. /APA/