Xəbər lenti

Gəncənin mərkəzində körpü tikiləcək
Ölkə06:44 18.10.2013

Gəncənin mərkəzində körpü tikiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncənin mərkəzində avtomobil sıxlığını aradan qaldırmaq üçün yeni körpü salınacaq

APA-nın qərb bürosunun məlumatına görə, bu barədə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə bu ilin 9 ayı ərzində görülən işlərlə bağlı hesabat yığıncağında bildirib. E.Vəliyev deyib ki, hazırda şəhəri iki hissəyə bölən Gəncə çayı üzərində 7 körpü var və bu körpülər uzun müddətdir, təmir edilmir.
 
“Nəqliyyat naziri Ziya Məmmədov Gəncədə olanda onunla söhbətimiz oldu. Şəhərdəki 7 körpünün əsaslı təmir edilməsinə razılıq verilib, gələn il mövcud körpülərdə əsaslı təmir işlərinə başlanılacaq”, - deyə o bildirib. 


Qaynar.info