Xəbər lenti

Gənclər və idman naziri və səfir “Qarabağ”ın futbolçuları ilə görüşdü
İdman19:53 17.02.2022

Gənclər və idman naziri və səfir “Qarabağ”ın futbolçuları ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Qarabağ"ın futbolçuları ilə görüşüb.
R.Mustafayev bu gün "Marsel"ə qarşı keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə Ağdam klubuna uğurlar arzulayıb.
"Doğma "Qarabağ" futbol klubumuza uğurlar arzu edirik. Komandamıza inanır, meydanda dəstəkləyirik. Fransada yaşayan Azərbaycan icması da "Qarabağ"ımızın yanındadır", - səfir bildirib.
Qeyd edək ki, "Velodrom" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.