Xəbər lenti

Gənclər və İdman Nazirliyi loqosunu dəyişir
İdman07:54 02.03.2022

Gənclər və İdman Nazirliyi loqosunu dəyişir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gənclər və İdman Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib.
Nazirliyin Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, loqonun dizaynı gənclər və idmana dair ümumi elementləri ehtiva etməli, orijinal və konseptual görünüşlü olmalıdır.
Müsabiqəyə yalnız indiyədək istifadə olunmayan və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqolar təqdim edilməlidir. Qalib gəlmiş loqo istənilən tərzdə təbliğat məhsullarında istifadəyə uyğun olmalıdır.
Təkliflər 10 iş günü ərzində - 16 martadək nazirliyə göndərilməlidir. Hər iştirakçı bir neçə layihə təqdim edə bilər. Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.
Təqdim olunan təkliflər komissiya tərəfindən dəyərləndiriləcək və müsabiqənin qalibi elan olunacaq. Qalibə mükafat təqdim ediləcək.
Səbuhi Həsənov