
“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası Lənkəran, Masallı və Astara zonasında səfərdə olub.
Səfər zamanı Lənkəran, Masallı və Astara rayonunda yaşayan gənc və məktəbli qızlarla görüşlər keçirilib. Görüş zamanı regionda yaşayan qızlara “Mənim Təhsilim, Mənim Gələcəyim!” adlı kitab və köynək təqdim olunub.
Həmçinin kampaniyanın iştirakçısı olan qızlar “İdeya Blankı” dolduraraq öz arzularını və arzularının reallaşmasında maneə olacaq amilləri qeyd ediblər.
Doldurulmuş blanklarda daha çox ali təhsil almaq arzusu və bu arzuya mane olacaq başlıca amillər ailənin maddi imkansızlığı və cəmiyyətdə formalaşan müxtəlif streotiplər yer tutub.
Qeyd edək ki, kampaniya hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənir.
Qaynar.info











