Xəbər lenti

Gənclərin karyera inkişafına dəstək göstərilir
Ekonomiks13:26 16.12.2024

Gənclərin karyera inkişafına dəstək göstərilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının rəhbəri, karyera mentoru və mütəxəssisi Toğrul Ələkbərov ilə gənclərin görüşü təşkil edilmişdir.
Görüş zamanı Toğrul Ələkbərov gənclərlə öz karyera təcrübəsini bölüşmüş, karyera planlaşdırılması, iş axtarışı və şəxsi inkişafla bağlı sualları cavablandırmışdır. O, gənclərə karyera hədəflərinin müəyyənləşdirilməsi və effektiv strategiyalar qurulması istiqamətində dəyərli tövsiyələr vermişdir. Görüşdə iştirakçılara Toğrul Ələkbərlinin müəllifi olduğu "Əliabbas iş axtarışında” kitabı da ödənişsiz olaraq hədiyyə edilmişdir.
Layihə rəhbəri Fərhad Abdulovun verdiyi məlumata görə, görüş "Öndə Gənclər” İctimai Birliyinin "Marketinq Akademiyası" layihəsi çərçivəsində gerçəkləşdirilmişdir.  Layihə 20 gəncin iştirakı ilə 45 saatlıq Marketinq Mentorluq Proqramını əhatə etmişdir. Proqram gənclərə marketinq üzrə əsas bilik və bacarıqlarını inkişaf etdirmək, real bazar təcrübəsi ilə tanış olmaq üçün geniş imkanlar yaratmışdır. Layihə çərçivəsində gənclərin hazırladıqları təqdimatlar təcrübəli mütəxəssislər tərəfindən qiymətləndirilmişdir.
Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə və "Brandup” Marketinq və Dizayn Agentliyinin təşkilati dəstəyi ilə keçirilmişdir. "Öndə Gənclər" İctimai Birliyi gənclərin əmək bazarına hazır və rəqabətədavamlı fərdlər kimi öndə olmasını dəstələməkdə davam edir.
Layihə haqqqında daha ətraflı məlumat "Öndə Gənclər” İctimai Birliyinin instaqram səhifəsindən (@ondegencler) əldə etmək mümkündür.