Xəbər lenti

"Gənclik Mall"un qarşısı hasarlandı (FOTO)
Ölkə09:07 27.10.2018

"Gənclik Mall"un qarşısı hasarlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gənclik Mall"un qarşısındakı səkinin müəyyən hissəsi dəmir məhəccərlə əhatələnib. 
Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya daxil olan məlumata görə, bunu etməkdə əsas məqsəd piyadaların istiqamətləndirilməsi və onların yolun hərəkət hissəsinə çıxmasının qarşısını almaqdır.
Digər məqsəd isə qeyd edilən ərazidə nəqliyyat vasitələrinin xüsusən də taksilərin dayanma durma qaydalarına zidd saxlamalarının qarşısını almaqdır.
F.Xoyski küçəsində nəqliyyatın normal və maneəsiz hərəkətini təmin etmək, sərnişindaşımalarda təhlükəsizliyin və keyfiyyətin artırılması məqsədi ilə dayanma durma qaydalarını pozanlar barəsində inzibati cərimələrin tətbiq edilməsi işləri də aparılır.
Qeyd edək ki, ərazidə taksi minik avtomobillərinin dayanması üçün xüsusi məntəqələr təşkil edilib.