
Gəndob-Yalama yolunun 27-ci kilometrliyində baş verən qəzada 4 nəfər xəsarət alıb
APA-nın məlumatına görə, Xaçmaz rayon sakini 29 yaşlı Şöhrət Məmmədsalahovun idarə etdiyi “VAZ 21 011” maşınla, 34 yaşlı Xaçmaz rayon sakini Eldar Əsədullayevin idarə etdiyi “VAZ 21 06” markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əsədullayev, Xaçmaz rayon sakinləri 24 yaşlı Rahib Yağışov, 45 yaşlı Tahirə Əziməmmədova və 55 yaşlı Mariya Əsədullayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qaynar.info