Xəbər lenti

General-leytenant yeni rəis təyin etdi (FOTO)
Ekonomiks10:28 18.11.2024

General-leytenant yeni rəis təyin etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinə yeni rəis təyin edilib. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə İsmayılov İlyas İsa oğlu Mərkəzin rəisi təyin olunub. 
Kinoloji Mərkəzin rəis əvəzi Hacimuradov Asim Nazim oğlu isə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 
Qeyd edək ki, bundan əvvəl Kinoloji Mərkəzinin rəisi polkovnik İlkin Osmanov vəzifəsindən azad edilib. İlyas İsmayılov uzun illərdir Kinoloji Mərkəzdə instruktor-kinoloq kimi fəaliyyət göstərib. 
Əhməd