Xəbər lenti

“Geri çəkilmək fikrimiz yoxdur” - Laçın yolunda son vəziyyət necədir?
Ölkə08:12 23.12.2022

“Geri çəkilmək fikrimiz yoxdur” - Laçın yolunda son vəziyyət necədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Laçın-Xankəndi yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində dekabrın 10-dan başlayan aksiya davam edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında İTV-nin Qarabağ bürosunun rəhbəri Şöhrət Eyvazov deyib. 
Şöhrət Eyvazov bildirib ki, aksiyaya ekofəallar, QHT nümayəndələri, mina terroru qurbanları və onların ailə üzvləri, eləcə də digər vətəndaşlar qatılıb:
"Aksiya iştirakçılarının tərkibi dəyişsə də, əsas şüarlar dəyişməz qalır: Ekoloji cinayətlərə son qoyulması, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərindən çıxarılan faydalı qazıntılarına monitorinq aparılmasının təmin edilməsi və s kimi tələblərimiz qüvvədədir. Dekabrın 22-də isə iki böyük hava şarları  gətirilib. Onların üzərində "Təbiəti qoruyaq” şüarı yazılıb. Dünən aksiya keçirilən yoldan 7 avtomobil keçib. Həmin  avtomobillər Rusiya sülhməramlılarına humanitar təminat aparır”.
Şöhrət Eyvazov qeyd edib ki, media nümayəndələri aksiyada baş verən hadisələri operativ şəkildə yerli ictimaiyyətə və xarici ölkə nümayəndələrinə çatdırır: 
"Tələblər yerinə yetmiyənə kimi aksiya davam edəcək”. 
Bahar Rüstəmli