Xəbər lenti

Geyim sənayesi niyə axsayır? - Ekspert
Ekonomiks09:20 10.09.2022

Geyim sənayesi niyə axsayır? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda son illər bir sıra sənaye sahələri inkişaf etsə də, geyim sənayesi hələ də axsayır. Bu sahə üzrə müəssisələr yaransa da, onlar xarici bazar bir yana, heç daxili bazarda rəqabətə tab gətirə bilmir. Azərbaycanda istehlak edilən geyim və ayaqqabıların 90 faizi idxal məhsuludur. Zaman keçdikcə bu sahədə idxalın həcmi artır. 
Azərbaycanda geyim sənayesinin inkişafına maneə olan amillər hansılardır? 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov ölkədə geyim sənayesinin inkişaf etməməsini ənənə və həmin sahəyə vəsait yatırmaq istəyən güclü investorun olmaması ilə əlaqələndirib:
"Bu prosesdə ənənəvi olaraq axsamaqda davam edirik. Baxmayaraq ki, geyim sənayesi üzrə yaxşı ustalarımız, barmaqla sayılacaq fabriklərimiz var. Amma ölkəmizdə bu sahə sənaye səviyyəsində deyil, kustar səviyyədə inkişaf edib. Türkiyədən xidmət, iaşə, inşaat sektorunda böyük yenilikləri götürsək də, tikişçilik sektorunda hələ də geri qalırıq. Sərmayə, bacarıq, qabiliyyət var, amma ənənəvi olaraq bu sektora yiyələnə bilməmişik. Məhz ənənə bu sahəyə ciddi maraq göstərməyə imkan vermir. Bu gün bəzi şirkətlərimiz bahalı yüksək səviyyəli kişi kostyumları istehsal edir. Amma həmin prosesi orta və aşağı təbəqə səviyyəsinə çatdırmaq üçün güclü investora ehtiyac var. Bu baş verərsə, ən azı daxili bazarı yerli keyfiyyətli məhsullarla qazana bilərik”. 
Rüfət Sultan