Xəbər lenti

Geyiminə görə ANS-dən qovulan aparıcının yeni iş yeri - FOTO
Ölkə12:43 04.04.2017

Geyiminə görə ANS-dən qovulan aparıcının yeni iş yeri - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ANS-nin keçmiş siması Umka Hacıyeva yeni kanalda işə başlayacaq.

"Qaynar" “qafqazinfo”ya istinadən xəbər verir ki, teleaparıcı ARB TV -yə işə düzəlib və  yeni mövsümdə tamaşaçı qarşısına çıxacaq. 

Verilişin adı və başlama tarixi hələlik məlum deyil.  Ancaq Umka instaqramda yayılan xəbəri təsdiqləyən foto paylaşıb.

O, kanalın binasının qarşısında çəkilən şəklini izləyiciləri ilə bölüşüb. 

Xatırladaq ki, ANS TV-nin bir çox simaları ARB TV-də çalışmağa başlayıb. Onlardan Ulvira Qarayeva, Elgiz Əkbər və başqalarını misal çəkmək olar. 

Onu da bildirək ki, Umka Hacıyeva açıq-saçıq fotolarına görə ANS-dən qovulmuşdu.

Qaynar.Az