Xəbər lenti

Gimnastımız Universiadada qızıl medal qazandı
İdman11:00 07.07.2019

Gimnastımız Universiadada qızıl medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın idman gimnastı Marina Nekrasova İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanıb.
Qaynarinfo xəbər verir ki, 24 yaşlı idmançı qadınlar arasında fərdi yarışda 14,000 xalla 1-ci yeri tutub. O, rusiyalı ən yaxın izləyiciləri Liliya Axaymova (13,975) və Yana Fyodorovanı (13,925) üstələməyi bacarıb.
Qeyd edək ki, bu, Azərbaycanın Universiadada ikinci medalı olub. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) gümüş medal əldə edib.