İrana müalicə məqsədilə aparılmış və pula görə girov saxlanılan 13 aylıq Yusifli Zeynab Novruz qızı ailəsinə təhvil verilib.
Bu barədə “Qafqazinfo”ya azyaşlı qızın yaxınları məlumat verib.
Qeyd edək ki, yaxınları bir neçə gün əvvəl "Qafqazinfo"ya müraciət edərək Zeynəbin Təbrizdə yerləşən “Bimaristani ku dekan” xəstəxanası tərəfindən pula görə girov saxlanıldığını bildirmişdilər:
“Uşaq süni nəfəs aparatına qoşulub və vəfat edənə qədər həmin aparata bağlı qalmalıdır. Bu aparatın günlük rüsumi isə 600 dollardır. Bundan başqa xəstəxana əlavə 2500 dollar da tələb edərək sənədləri vermir”.
Qaynar.info