
Biləsuvar rayon Bağbanlı kənd sakini Tofiqə Həsənova "Biləsuvar Gömrük Buraxılış məntəqəsi"ndə ona qarşı edilən haqsızlıqdan şikayətlənir.
Vətəndaş Qaynar.info-ya bildirib ki, həftədə bir dəfə İrandan meyvə-tərəvəz gətirib satmaqla ailəsini dolandırır. Lakin Son zamanlar gömrükdə müxtəlif çətinliklərlə qarşılaşıb. Belə ki, gətirdiyi yüklüklərə görə ondan dövlət tərəfndən nəzərdə tutulandan daha çox rüsüm tələb olunub.
Tofiqə Həsənovanın sözlərinə görə, sonuncu dəfə meyvə-tərəvəz keçirərkən gətirəcək yükün çəkisinin azaldılaması məqsədi ilə gömrük işçiləri ondan öz imzası ilə təsdiq olunmuş yazılı öhdəlik də alıblar. Əks halda vətəndaşa bildirilib ki, gömrükdən keçirmək istədiyi mal 15 kq-dan artıq olarsa, buraxılmayacaq: "Mənə deyirlər ki, əgər qol çəkməsəniz, bu sözə söhbətə, iltizama mən sizin mallarınızı çürüdəcəm".
Şikayətçi adiyyatı qurumlara müraciət etsə də, onu dinləyən belə olmayıb. Vətəndaşın şikayət ilə bağlı Dövlət Gömrük komitəsinin Biləsuvar Gömrük idarəsindən bildirdilər ki, vətəndaşın gətirdiyi məhsullar mövsümü olduğundan bu kimi meyvə-tərəvəzin rusumları da mövsümdən asılı olaraq artıb-azala bilir: "Yalnız çəkisi 10 kq-a qədər olan məhsular gömrük rüsümundan azaddır. Bu çəkidən artıq gətirilən istənilən məhsul isə komrresiya məqsədi daşıyır və buna görə müvafiq gömrük rüsumunun ödənilməsi vacibdir.
Qurumdan o da bildirildi ki, istənilən vətəndaş ölkəyə idxal olunan meyvə tərəvəz- məhsullarının gigienik göstəriciləri barəsində müvafiq sənədlər də təqdim etməlidir. Lakin əksər hallarda vətəndaşlarbu sənədləri əldə etmədən ölkəyə məhsul idxal etməyə çalışırlar. Bu isə sonda bu kimi narazılıqların yaranmasına səbəb olur.
Qaynar.info