Xəbər lenti

Gömrük Komitəsində islahatlar başladı: 2 general sərəncama göndərildi
Ölkə11:47 03.05.2018

Gömrük Komitəsində islahatlar başladı: 2 general sərəncama göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Gömrük Komitəsində iki general sərəncama göndərilib. 
Qaynarinfo Unikal.org-a istinadən xəbər verir ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifəsindən azad edilərək, sərəncama göndərilib.
Sadiq Abduyev eksklüziv olaraq Unikal.org-a açıqlamasında bildirib ki, hazırda rəhəbri olduğu qurumda və Gömrük Hospitalında hüquqi araşdırma aparılır: 
"Hər hansı müdaxilə olmaması üçün mən və Fikrət Qədiməliyev sərəncama göndərilmişik. Yəqin ki, işimizlə bağlı aparılan araşdırmadan sonra qərar veriləcək”.