Xəbər lenti

Gömrük Komitəsindən kəndlilərə ŞAD XƏBƏR
Ekonomiks08:34 26.04.2015

Gömrük Komitəsindən kəndlilərə ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycandan Rusiyaya kənd təsərrufatı məhsullarının daşınması asanlaşdırılacaq. Publika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasına bildirib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında bitki mənşəli kənd təsərrüfatı məhsullarının tədarükü proseduru sadələşdiriləcək:
"Bununla bağlı nəzərdə tutan sənədin yaxın günlərdə imzalanması gözlənilir. Hər iki dövlət arasında sənədlər tam hazırdır. Məsələ Rusiya tərəfi ilə razılaşdırılıb. Sadəcə olaraq, imzalanma ilə bağlı məsələ qalıb. Yaxın günlərdə buna dair qərar veriləcək və sənəd imzalanacaq".
Qaynar.info