Xəbər lenti

Gömrükdə külli miqdarda siqaret aşkar olunaraq götürüldü
Ekonomiks13:41 25.06.2016

Gömrükdə külli miqdarda siqaret aşkar olunaraq götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Qaynarinfo.az-a verilən məlumata görə, Qazax rayon sakinlərinə məxsus 2 avtomobilə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində aksiz markası olmayan, ümumilikdə 10 400 ədəd siqaret aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır. 

Qaynarinfo.az