Xəbər lenti

Gömrükdən qızıl keçirmək istəyənlər kimlərdir? - ŞƏRH
Ekonomiks09:29 23.12.2016

Gömrükdən qızıl keçirmək istəyənlər kimlərdir? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər tez-tez, sərhəddən xaricə küllü miqdarda qızıl keçirmək istəyən şəxslər gömrük işçiləri tərəfindən saxlanılır. Ölkədən nəğd vəsaitlərin çıxarılması çətinləşdiyi üçün qızıl çıxarmaq marağında olanlar var. 

Bəs görəsən bu nə məqsədlə edilir? Qızıl çıxarmaq istiyənlərin əksəriyyəti orta və kiçik sahibkarlıqla məşğul olduğunu deyir. Ölkədə dollar tapılmayanda idxalla məşğul olan insanlar məcbur olurlar ki, qızıl aparıb xaricdə sataraq, öz borclarını versinlər, yeni partiya mal gətirsinlər. 

Məsələ ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən iqtisadçı ekspert Qalib Toğrul idxal məqsədilə ölkədən dollar çıxara bilmiyənlərin qızıl çıxarmasına inanmadığını deyib:

"Ölkədən qızıl aprıb, sonra da onu xaricdə dollara çevirib mal almaqları inandırıcı gəlmir. Dollar əldə etməyin çətin olduğu məlumdur. Amma bankların funksiyasını qara bazar yerinə yetirir. Sahibkar da əsasən ordan dollar əldə edib hesabına yerləşdirir və ya nəğd şəkildə ölkədən çıxarır. Hesab etmirəm ki, burdan qızıl alıb sonra onu pula çevirmək sahibkara sərf etsin. Əslində bizdə o qədər qızıl da yoxdur. İdxalın həcmi ilə ölkədə olan qızılın mövcudluğu arasında böyük fərq var". 

Ekspert qeyd edib ki, idxalla məşğul olan sahibkarlara ölkədən dollar çıxarmaq üçün məhdudiyyət yoxdur: 

"Məhdudiyyət yalnız fiziki şəxslərlə bağlıdır. Müalicə və təhsil istisna olmaqla, digər məqsədlər üçün ölkədən dollar çıxarılmasına məhdudiyyət qoyulub. Sahibkarlar bağladıqları müqavilə və bankların da zəmanətini təqdim etməklə vəsaiti ölkədən çıxara bilirlər. Vəsaitlərin nəğd şəkildə ölkədən çıxarılması doğru deyil. Nəğd dövriyyənin qarşısını almaq üçün atılan addımlar məhz ona hesablanıb ki nəğd dövriyəyə nəzarət etmək olmur. Hazırda həyata keçrilən dövlət siyasəti onu nəzərdə tutur ki, ölkədə nəğdsiz dövriyyə keçrilsin. Bunların hamsı beynəlxalq standartlara uyğun həyata keçrilməlidir. İdxalla məşğul olan şəxslər malın pulunun əvvəl bir hissəsini, sonra isə qalan hissəsini ödəməlidir".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az