Xəbər lenti

Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib
Ekonomiks 14:26 29.12.2024

Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib

Bu ilin ilk 11 ayı ərzində Azərbaycanın ümumi ixracı 24,3 milyard dollar olub və bunun 3,1 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb.
İlin 11 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (186,6 milyon dollar) birinci, pambıq (168,9 milyon dollar) ikinci, pomidor (155,4 milyon dollar) üçüncü, fındıq (113,9 milyon dollar) isə dördüncü olub.

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin və fərdi sahibkarların ilk onluğu isə aşağıdakı kimi olub.

"MKT İstehsalat Kommersiya” MMC –  90,7 milyon dollar
"Silk Vey Vest” Aviaşirkəti” MMC – 75,6 milyon dollar
"ASG Business Aviaton” MMC – 70 milyon dollar
"Baku Steel Company” QSC – 56,8 milyon dollar
Süleymanova Göhər Süleyman qızı – 50,6 milyon dollar
"Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC  – 37,6 milyon dollar
"AIMKL”nın Azərbaycan Respublikasındakı nümayəndəliyi – 33 milyon dollar
"TABATERRA” QSC – 30,8 milyon dollar
"Khan-El” MMC – 28,4 milyon dollar
"Atena” MMC – 28 milyon dollar

Qeyd edək ki, ilk onluqda yer alan fiziki şəxs – Süleymanova Göhər Süleyman qızı ilk dəfə bu il məhsul ixrac etməyə başlayıb. Göhər Süleymanova ilk dəfə məhsul ixrac etməsinə baxmayaraq 50,6 milyon dollarlıq ixracla ilk onluğa düşə bilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->