Xəbər lenti

Gömrük Komitəsi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni cərimələdi
Ekonomiks11:10 03.11.2022

Gömrük Komitəsi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni cərimələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Gömrük Komitəsi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini cərimələyib. 
Qaynarinfo-nun məlumatına görə, buna səbəb QSC-nin gömrük qanunvericiliyinin 499.1.3-cü maddəsini pozması olub.
QSC barəsində tərtib olunan cərimə protokolu baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə işi hakim Günel Səmədovanın icraatına verilib. 
Qeyd edək ki, protokol malların və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmamasına görədir. Sözügedən vasitələr 499.1.3 maddədə göstərilir ki, bir aydan üç ayadək müddətə gecikdirilməklə gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Əhməd