Xəbər lenti

“Google” bu şirkəti 1 milyarda aldı
Ekonomiks05:15 26.07.2014

“Google” bu şirkəti 1 milyarda aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


“Google” şirkəti videoyunların yayımını təşkil edən “Twitch” xidmətini 1 milyard dollara əldə edib.

ANS PRESS-in məlumatına görə, hər iki tərəf razılaşma barədə məlumat verməkdən imtina etsə də, bu barədə rəsmi açıqlamanın sentyabrda keçiriləcək “GamesBeat 2014” sərgisində veriləcəyi güman edilir. “Twitch” xidmətinin “Google”yə məxsus olan “You tube” tərəfindən əldə olunması haqqında şayiələr hələ bu ilin may ayında KİV-də müşahidə olunurdu.

2011-ci ilin iyun ayında yaradılan “Twitch” videooyunların keçilmə prosesini yayımlayan ən məşhur xidmətlərdən biridir. “PC”dən əlavə “Twitch” həmçinin “PlayStation 4” və “Xbox One”dan da yayımlar etməyə imkan yaradır.İl ərzində “Twitch”i 50 milyon istifadəçi izləyir. Bundan əlavə 1,1 milyon istifadəçi ən azı ayda bir dəfə olaraq xidmət vasitəsilə video yayımlayır. Ay ərzində “Twitch” istifadəçiləri 12 milyard dəqiqə video izləyir.

Qaynar.info