
365.Az xəbər verir ki, Şirkət, Amerikanın ən böyük billbordunu yaradıb. - 2,368 × 10,048 piksel sıxlığa sahib və 4K ekran həll olma dəqiqliyini təqdim edərək, ümumilikdə 15 milyon pikseldən ibarət olan Google-un bu billbordu, çox möhtəşəm alınıb. 329,65 metr genişliyində olan nəhəng billbordu hazırlayan şirkət isə “Mitsubishi Electric” şirkəti olub.
24 noyabrda istifadəyə verilən billbord üçün əlavə olaraq tətbiq də yaradılıb. İstifadəçilər Android telefonlarından pulsuz bir şəkildə bu tətbiqi yükləyib, izləyə bilərlər.
Google isə, “Times” meydanını bəzəyən bu nəhəng billborddan illik 4 milyon dollar gəlir əldə edəcəyini gözləyir.
Elektron bilbordun ölçülərini təxmin etməyiniz üçün, qeyd edək ki, o, futbol stadionundan böyükdür.
Qaynar.info