Xəbər lenti

Google yeni, daha sürətli Sİ modelini Gemini üçün təqdim etdi (VİDEO)
Video 15:14 31.01.2025

Google yeni, daha sürətli Sİ modelini Gemini üçün təqdim etdi (VİDEO)

Google istifadəçilərin sorğularına daha sürətli cavab və artırılmış məhsuldarlıq təmin edən yeni model olan Gemini 2.0 Flash-i chatbot Gemini-yə inteqrasiya edir.

Qaynarinfo xəbər verir ki, şirkət ilk dəfə Gemini 2.0 Flash-i dekabr 2024-cü ildə təqdim edib və onu tezliklə öz məhsullarına inteqrasiya edəcəyini vəd edib. Həmin vaxt Android və iOS istifadəçiləri üçün Gemini Flash 2.0-nın eksperimental versiyasını istifadəyə verib.

Yeniləmə artıq həm veb versiyada, həm də mobil tətbiqlərdə mövcuddur. Bundan əlavə, "növbəti bir neçə həftə ərzində" 1.5 Flash və 1.5 Pro versiyaları da istifadəyə veriləcək.

Google həmçinin Imagen 3-ün ən son versiyasına əsaslanan şəkil generatorunu yeniləyib. Bu model istifadəçi sorğularını daha yaxşı başa düşür və "daha zəngin detallar və teksturalar" təmin edir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->