
Goranboy rayonunda qətl hadisəsi baş verib.
Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 27-də Goranboy şəhərində Nicat Həsənov qayınatasının yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Günay Quliyevaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən G.Quliyeva orada dünyasını dəyişib.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Həsənov tutulub.
Qaynar.info