Xəbər lenti

Goranboyda avtomobil aşdı: 3 nəfər xəsarət aldı
Ölkə19:30 13.06.2020

Goranboyda avtomobil aşdı: 3 nəfər xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.