Xəbər lenti

Goranboyun icra başçısını kim "vurdurur"? - İDDİA
Ölkə08:08 25.07.2013

Goranboyun icra başçısını kim "vurdurur"? - İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baxış Abdullayevlə bağlı daha bir iddia 

Goranboy rayonunda icra başçısının müavini ilə icra başçısı arasında «soyuq müharibə» gedir. Rayon İcra Hakimiyyətindəki mənbədən Qaynar.info-ya verilən məlumata görə, rayon icra başçısının müavini Baxış Abdullayev icra başçısı Nizaməddin Quliyevin nüfuz salmaq və sıradan çıxarmaq üçün planlar həyata keçirir. 

Məlumatlarda vurğulanır ki, Baxış Abdullayevin əsas hədəfi Nizaməddin Quliyevin işdən çıxarılmasıdır ki, o, bunun üçün də mətbuatın imkanlarından yararlanmağa çalışır. Belə ki, o, ayda bir dəfə olmaqla rayona abadlıq və yenidənqurma işləri ilə tanış olmaq adı altında bir qrup jurnalist dəvət edir. Lakin burada başlıca məqsəd heç də icra başçısının gördüyü və ya görmək istədiyi işləri təbliğ etmək yox, məhz onu nüfuzdan salmaqdır. 

Məlumatda vurğulanır ki, bir neçə ay bundan əvvəl plan üzrə bir neçə mətbuat orqanının nümayəndəsi Goranboya dəvət edilir. Baxış Abdullayev tərəfindən qarşılanan və yerləşdirilən jurnalistlər qısa müddətdən sonra təlimat gəlir ki, rayonun mərkəzindəki parkda yığışmış bir qrup sakinlə görüşsünlər. Mətbuat işçiləri parkda toplaşanlarla söhbət etdikləri zaman məlum olub ki, onlar icra başçısı Nizaməddin Quliyevdən şikayət edənlərdir və Baxış Abdullayev tərəfindən yönəldiliblər. 

Maraqlıdır ki, bu, Baxış Abdullayevin Nizaməddin Quliyevin başına gətirdiyi ilk cəncəl iş deyil. Hələ bu ilin martında rayonun mərkəzində bir qrup öyrədilmiş fəhlələrin əliylə keçirilmiş aksiya da icra başçısının müavininin «əl əməyi» olub. Belə ki, o zaman icra başçısı Nizaməddin Quliyevlə sahibkar Müqayis Verdiyev arasındakı narazılıqdan istifadə edən Baxış Abdullayev aksiya keçirməklə əslində, rayonun birinci şəxsinin bəlaya salıb. Həmin hadisədən sonra iş adamı həbs olunsa da, (O, "rayonda iğtişaş törətməyə cəhd"də ittiham olunur) bunun qarşılığı olaraq icra başçısı bu günə kimi adı mətbuatda dillər əzbəri olub. 

Mövzu ilə bağlı icra başçısının müavini Baxış Abdullayevin özü ilə əlaqə saxladıq. O, məlumatı təkzib edərək "şər, böhtan" adlandırdı. 

Qaynar.info