Xəbər lenti

Gorus-Qafan yolunun Azərbaycan üçün strateji, iqtisadi əhəmiyyəti - Deputat
Ekonomiks11:00 11.11.2021

Gorus-Qafan yolunun Azərbaycan üçün strateji, iqtisadi əhəmiyyəti - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gorus-Qafan yolu Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində gömrük postları və sərhəd prosedurlarını həyata keçirəcək nəzarət-buraxılış məntəqəsinin qurulacağından danışarkən deyib. Deputat bildirib ki, Gorus-Qafan yolu xüsusən də keçmiş SSRİ dövründə regionda daha çox istifadə olunan nəqliyyat layihələrindən biri olub:
"Bu, sərnişin yükdaşımalarında regional olaraq xüsusi paya malik olub. Bu baxımdan bu, həmçinin regionda kommunikasiyaların bərpası baxımından vacibdir. Çünki kommunikasiyaların bərpası həm də bütövlükdə regiona daha çox sərmayənin cəlb edilməsi, eyni zamanda iqtisadi əlaqələrin güclənməsi və xüsusən də region üzərindən daşınan yüklərin həcminin artmasına imkan verəcək. Digər tərəfdən nəzərə alaq ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərq-Qərb nəqliyyat dəhlizinin məhz həmin ərazi və region üzrə genişləndirilməsi müşahidə olunacaq. Bu da region üzərindən daşınan yüklərin həcminin artmasına imkan verəcək və daha çox yüklərin Cənibi Qafqaz üzərindən Asiya və Avropaya daşınmasına zəmin yaradacaq”.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan bütövlükdə regionda davamlı iqtisadi inkişaf, eyni zamanda dayanıqlı sülh üçün bu istiqamətdə əməkdaşlığı nümayiş etdirib:
"Eyni zamanda, xüsusən də 44 günlük savaşdakı zəfərimizdən sonra regionda formalaşmış reallıq ondan ibarətdir ki, region ölkələrinin bir-birinin ərazi bütövlüyünü tanıması və sülh müqaviləsi ilə yeni kommunikasiyaların açılması fonunda əməkdaşlıq mərhələsinə qədəm qoymalıdır”.
Bahar Rüstəmli